Benzemadan tarixi göstərici

Benzemadan tarixi göstərici
Futbol
29 Noyabr 2021 - 14:25
"Real"ın futbolçusu Kərim Benzema yeni rekorda imza atıb.

Supersport.Az xəbər verir ki, 34 yaşlı hücumçu  La Liqanın 15-ci turunda evdə "Sevilya"ya qalib gəldikləri oyunda (2:1) buna nail olub.

32-ci dəqiqədə hesabı bərabərləşdirən Benzema klub karyerasında 361-ci qolunu vurub. Bununla da o, həmyerlisi Tyerri Anrini (360 qol) qabaqlayaraq, fransalı futbolçular arasında klub futbolu tarixinin bombardiri olub.

Digər xəbərlər