"Qarabağ"dan yeni rekord

"Qarabağ"dan yeni rekord
Futbol
28 Noyabr 2021 - 22:01
Supersport.Az xəbər verir ki, "Qarabağ” Konfrans Liqasının "H" qrupunun 5-ci turunda "Omoniya" ilə matçdan (2:2) sonra avrokuboklarda yeni rekord edib.

Ağdam klubu bir mövsümdə qrupda vurulan qol sayını 10-a yüksəldib. Bu, Azərbaycan futbolu tarixində ən yüksək göstəricidir.

İndiyədək olan rekord da "Qarabağ"a məxsus idi. Qurban Qurbanovun komandası 2019/20 mövsümündə 8 qol vurmuşdu. Ötən tur bu rekordu təkrarlayan Ağdam təmsilçisi bu dəfə göstəricini daha da yaxşılaşdırıb.

Azərbaycan klubları 11-ci dəfə qrupda oynayır. "Qarabağ" 8, "Qəbələ" 2, "Neftçi" 1 dəfə buna nail olub.

Digər xəbərlər