"Qarabağ"ın oyununda 4 qol, "Kayrat" uduzdu

"Qarabağ"ın oyununda 4 qol, "Kayrat" uduzdu
Futbol
25 Noyabr 2021 - 23:32

Supersport.Az-ın məlumatına görə, bu gün UEFA Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ" "Omoniya"nı qəbul edib.





"H" qrupunda ötən tur pley-offa vəsiqəni təmin edən Azərbaycan klubu Kipr təmsilçisi ilə Bakıda üz-üzə gəlib. Qurban Qurbanovun komandası Respublika stadionunda növbəti qələbəsini qazanmağa çalışsa da, istəyi alınmayıb. Oyun 2:2 hesabıyla başa çatıb.


Qrupun digər matçında "Bazel" komandası səfərdə "Kayrat"ın qonağı olub. İsveçrə təmsilçisi Qazaxıstanda xal itirsə, "Qarabağ" qalib gəlsə, Azərbaycan komandası son turun nəticəsindən asılı olmayaraq, qrup lideri olaraq 1/8 finala vəsiqəni təmin edəcəkdi. Lakin “Kayrat” “Bazel”ə 2:3 hesablı məğlub olub.


Avropa Konfrans Liqası


H qrupu. 5-ci tur.


25 noyabr




19:30. "Kayrat" (Qazaxıstan) - "Bazel" (İsveçrə) 2:3

21:45. “Qarabağ” (Azərbaycan) – “Omoniya” (Kipr) 2:2

Qollar: Mixail Duriş, 43 penalti (0:1), Psaltis, 49-avtoqol (1:1)


Baş hakim: Morten Krox (Danimarka)

Tofiq Bəhramov adına Respublika stadionu



Digər xəbərlər