"Qarabağ" vətənpərvər idman qurumunun rəisi Raqif Abbasovu təbrik etdi

"Qarabağ" vətənpərvər idman qurumunun rəisi Raqif Abbasovu təbrik etdi
Futbol
22 Noyabr 2021 - 20:45
Vətənpərvərliyi, yüksək peşəkarlığı, məqsədyönlü fəaliyyətiylə seçilən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovun 22 noyabr ad günüdur.


Vətən Müharibəsində erməni işğalçılarının torpaqlarımızdan qovulmasında iştirak edən Qazimizdir 45 yaşlı idman rəhbəri.


Qarabağ, Ağdamda torpağı öpüb gözləri üstünə qoyan, kövrələn, Şəhidlərimiz, Qazilərimizlə qürur duyan, daim onların ailələrinə qayğı göstərən rəis Raqif Abbasov...


...Bütün varlığıyla xalqa, millətə, dövlətə xidmət edən dahi şəxsiyyət hesab edilə biləcək örnək rəhbərlərdən biri.



Bu gün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində Ağdam rayonunun işğaldan azad olunmasının birinci ildönümü və "Qarabağ" Futbol Klubunun Konfrans Liqasında əldə etdiyi uğurlara həsr olunmuş toplantı keçirilib. Tədbirə Baş İdarənin rəisi Raqif Abbasov, "Qarabağ"ın direktoru Əmrah Çəlikəl, baş məşqçi Qurban Qurbanov, "İdman Azərbaycan" Televiziyasının sədr müavini Rövşən Binnətli, Supersport.Az saytının baş redaktoru Anar Cəfərsoy, "İmarət", "Qarabağ Ordu", "Leydis of Qarabağ" fanklubunun üzvləri qatılıb.

Raqib Abbasov, Ağdam klubunun zəfər yolu haqda fikirlərini bölüşərək, komandanın ölkəyə böyük töhfə verdiyini qabardaraq, gələcək yarışlarda daha böyük uğurlar arzulayıb.




Direktor Əmrah Çelikel, idarə rəisi Raqif Abbasova 45 illik yubileyi münasibətilə "Qarabağ"ın köynəyini hədiyyə edib.


Supersport.Az, rəisə ən səmimi təbriklərini çatdırır, möhkəm cansağlığı və məsul işində uğurlar diləyir.

Digər xəbərlər