"İmarət"dən bəyanat: "AFFA rəhbərliyinə etirazımızda başqa maraqlar axtarmaq əbəsdir"

"İmarət"dən bəyanat: "AFFA rəhbərliyinə etirazımızda başqa maraqlar axtarmaq əbəsdir"
Maqazin, Futbol
20 Noyabr 2021 - 15:35


"Qarabağ" azarkeşləri "Keşlə" ilə oyunda başverənlərlə bağlı bəyanat yayıb.

Supersport.Az xəbər verir ki, bəyanatda bunlar qeyd olunub:

"İmarət Tayfa"nın "Qarabağ" – "Keşlə" matçında “AFFA istefa” şüarları səsləndirməsi azarkeş qrupumuzun mövqeyidir. Millimizin uğursuz çıxışı azarkeş qrupu kimi bizim də üzərimizə vəzifələr qoyur. Tənqidi yanaşma vətəndaşlıq borcumuz olduğu kimi, tələb etmək də inkişafımızın tək yoludur.

Əlavə olaraq bir daha xatırladırıq ki, azarkeş qrupumuz heç bir mənbədən, o cümlədən "Qarabağ" FK-dan maliyyələşmir. Bizim səsləndirdiyimiz şüar və bəstələr yalnız tribuna liderlərimizin öz məfkurəmizə sadiq qalaraq səsləndirdiyi fikirlərin təcəssümüdür.

Elxan Məmmədov başda olmaqla hazırkı AFFA rəhbərliyinə etirazımızda başqa maraqlar axtarmaq əbəsdir. "İmarət" azarkeş qrupu bayrağımıza, dövlətimizə dəstək olmaqla, ən doğrusunu etməyə davam edəcək!"



Digər xəbərlər