“Qarabağ” zirvədə möhkəmləndi

“Qarabağ” zirvədə möhkəmləndi
Futbol
19 Noyabr 2021 - 20:55
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start verilib.

Supersport.Az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

23 xalla lider olan "Qarabağ" 10 xalla 6-cı sırada gedən "Keşlə"ni qəbul edib. Ağdam klubu qələbə qazanaraq liderliyini möhkəmləndirib.

Komandalar bu matçdan əvvəl indiyədək ölkə çempionatlarında 67 dəfə üz-üzə gəlmişdilər. Bunların 31-də "köhlən atlar", 13-də"Keşlə" qələbə qazanmışdı. 23 qarşılaşmada isə qalib müəyyənləşməmişdi. Topların fərqində də ağdamlıların üstünlüyü var - 86:43.

Qonaqlar Premyer Liqada rəqibinə qarşı son 12 matçda qalib gələ bilməmişdi. Meydan sahibləri isə evdəki son iki görüşdən 3 xalla ayrılmışdı.

Azərbaycan Premyer Liqası, XI tur

19 noyabr (cümə)

19:00. “Qarabağ” – “Keşlə” 1-0 

Qol: Ramil Şeydayev 49.

Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“Azersun Arena”

Turun "Zirə" - "Səbail" və "Neftçi" - "Sabah" oyunları noyabrın 20-də, "Qəbələ" - "Sumqayıt" qarşılaşması isə noyabrın 21-də keçiriləcək.

 









  • Premyer Liqa































































































NKlublarOQHMT-FX
1Qarabağ1182123-726
2Qəbələ1053218-1118
3Neftçi1052318-1617
4Zirə1044215-1116
5Sumqayıt103257-1211
6Keşlə1131711-1910
7Səbail103078-209
8Sabah1022612-168


 

Bombardirlər:



Davit Volkov ("Zirə") - 8 qol
Filip Ozobiç ("Qarabağ") - 6 qol
Abdullah Zubir ("Qarabağ") - 4 qol
Ülvi İsgəndərov ("Qəbələ") - 4 qol
İsnik Alimi ("Qəbələ") - 4 qol
Tiaqo Bezerra ("Neftçi") - 4 qol
Musa Qurbanlı ("Qarabağ") - 4 qol


Digər xəbərlər