Canni De Byazi: "Azərbaycanda işimiz uğurlu alınmayıb"

Canni De Byazi: "Azərbaycanda işimiz uğurlu alınmayıb"
Futbol
15 Noyabr 2021 - 09:00
Supersport.Az-ın məlumatına görə, Qətərlə yoldaşlıq oyununun ardından Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi fikirlərini bildirib.


"Bizim üçün yaxşı sınaq oldu. Fiziki baxımdan güclü komandaya qarşı oynadıq. Xüsusilə ilk qoldan sonra yaxşı təsir bağışladıq. İkinci hissədə bir neçə qol imkanımız oldu. Amma asan epizodlardan fərqlənə bilmiriksə, qələbə qazanmaq çətin olur. Futbolçuların oyunundan razıyam. Meydanda sonadək mübarizə apardılar. Bundan da yaxşı nəticə qazana bilərdik. Təəssüf ki, səhv bizə baha başa gəldi.

 

Əgər tək nəticələr üzərindən dəyərləndirmə aparsaq, buradakı işimiz uğurlu alınmayıb. Ümumi götürdükdə komandanın oyununda inkişaf görünür. Daha əvvəl də demişəm, nələrisə qurmaq istəyiriksə, bunu addım-addım etməliyik. Bu gün millidə gördüyümüz işlər gələcəkdə ölkə futbolu üçün öz bəhrəsini verəcək. Futbolçularla aramızda yaxşı əlaqə var. Daha çox inkişaf edə bilərik”.

Digər xəbərlər