"Qarabağ" legionerini əsas komandadan göndərdi

"Qarabağ" legionerini əsas komandadan göndərdi
Futbol
02 Noyabr 2021 - 20:59
"Qarabağ" klubu ispaniyalı futbolçusu Qaspar Panaderonu əvəzedici heyətə göndərib.

Supersport.Az xəbər verir ki, 24 yaşlı ispaniyalı yarımmüdafiəçi "Qarabağ-2"nin heyətində I Divizionun VII turunun "Səbail-2" ilə matçında meydana çıxıb. Panadero oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda Qazaxıstan "Kayrat"ını 2:1 hesabı ilə məğlub etdikləri UEFA Konfrans Liqasının III tur oyunundan əvvəl məşq zamanı zədələnmişdi. Hazırda o, zədədən bərpa dövrü keçir.

Qeyd edək ki, noyabrın 4-də keçiriləcək "Kayrat" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Əməliyyat olunduğu üçün ili başa vuran ispaniyalı yarımmüdafiəçi Xayme Romero və zədəsini sağaldaraq fərdi məşqlər edən Bədavi Hüseynov da oyunu buraxacaq.

Digər xəbərlər