2 milyon avro - Mahir Emrelinin qiyməti

2 milyon avro - Mahir Emrelinin qiyməti
Futbol
17 Oktyabr 2021 - 00:55
Supersport.Az-ın məlumatına görə, Polşanın "Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin transfer dəyərində dəyişiklik olub.

Bu barədə "Transfermarkt.ru" portalının rəsmi instaqram hesabı məlumat yayıb.

24 yaşlı hücumçunun qiyməti 2 milyon avroya çatıb. Beləliklə, forvard Polşa Ekstraklasasının ən dəyərli futbolçuları sırasında ilk "10-luğ"a daxil olub. Emreli komanda yoldaşı Bartoş Slişlə 9-10-cu yerləri bölüşdürür.

Qeyd edək ki, Mahir Emreli "Legiya" ilə 3+1 illik müqavilə imzalayıb.

Digər xəbərlər