"Uğuru "Dəmir yumruq" əməliyyatında qalib şəhid, qazilərimizə həsr edirik" - Video

"Uğuru "Dəmir yumruq" əməliyyatında qalib şəhid, qazilərimizə həsr edirik" - Video
Digər, Güləş, Video
14 Oktyabr 2021 - 10:01
Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında 3-cü yeri tutan yunan-Roma güləşi üzrə millimiz Vətənə qayıdıb.

Yarışda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yığmamız hava limanında alqışlarla qarşılanıb.

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov komandanın çıxışına qiymət verib:


"Bu nəticə Azərbaycan güləşində tarixi hadisədir. Dünya çempionatında Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Məmmədov (60 kq) isə bürünc medal qazandı. Bu, AGF-nin çox böyük uğurudur. Federasiyanın rəhbəri Namiq Əliyevi, millinin baş məşqçisi Aleksandr Tarakanovu, böyük məşqçi Rövşən Bayramovu, məşqçilər Akif Əliyevlə Həsən Əliyevi təbrik edirəm. Uzun müddət bu yarışa hazırlıq keçmişdik. Bu prosesdə bizə dəstək olan Gənclər və İdman Nazirliyinə, eləcə də Milli Olimpiya Komitəsinə minnətdarlığımızı bildiririk. Təlim-məşq toplanışları davam edəcək. Noyabrda bizi U-23 dünya çempionatı gözləyir. İlin sonunadək bir neçə daxili yarışın keçirilməsi də nəzərdə tutulub. Bu uğuru "Dəmir yumruq" əməliyyatında qələbələr qazanmış şəhid və qazilərimizə həsr edirik".

Digər xəbərlər