Mahir Emreli koronavirusa yoluxdu

Mahir Emreli koronavirusa yoluxdu
Futbol
12 Oktyabr 2021 - 19:33
Koronavirusa yoluxan millimizin və "Legiya"nın üzvü Mahir Emrelinin 3-cü testininin də nəticəsi neqativ olub.

Supersport.Az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilib ki, Mahirin oktyabrın 11-də verdiyi COVID-19 testinin pozitiv nəticəsi haqda UEFA-ya müvafiq məlumat verilib.

Həmçinin qeyd olunub ki, oktyabrın 11-də M.Emrelidən götürülən ekspress-test neqativ olmuşdu. Bu gün – oktyabrın 12-də futbolçunun növbəti PCR testi də neqativ nəticələnib. Mahir Emrelinin son 24 saat ərzində verdiyi COVID-19 testlərinin fərqli nəticələri ilə bağlı UEFA-ya məlumat verilib.

Qeyd edək ki, AFFA Mahir Emrelinin Serbiyaya qarşı DÇ-2022-nin bugünkü seçmə mərhələ oyunundan əvvəl ilk testinin müsbət çıxdığını və UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq həmin qarşılaşmanı buraxacağını açıqlayıb.

Digər xəbərlər