"Sabaha kimi oynasaq, qol vura bilməzdik" - Millimizin baş məşqçisi - Video

"Sabaha kimi oynasaq, qol vura bilməzdik" - Millimizin baş məşqçisi - Video
Futbol, Eksklüziv, Video
10 Oktyabr 2021 - 09:21
Supersport.Az DÇ-2022-nin seçmə mərhələsində Bakı Olimpiya Stadionunda İrlandiya yığmasına üç qolla uduzan Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin fikirlərinin videogörüntüsünü təqdim edir.

İtaliyalı mütəxəssis inkişaf, çatışmazlıqlar haqda danışıb, məğlubiyyətə nifrət etdiyini bildirib.

"Oyuna fərqli formada hazırlaşmışdıq. Erkən qol buraxmağımız planlarımızı pozdu, komandanı əsəbiləşdirdi. Bundan sonra gərəksiz geri ötürmələr etdik. İlk hissənin statistikasına baxsaq, üstünlük bizim tərəfimizdə idi. Fasilədən sonra da yaxşı qol imkanlarımız oldu. Təbii ki, əvəzetmələrdən sonra balans pozudu. Nəticədə 3-cü qolu buraxdıq. Bəxtsizlik amili də var. Bəzi zədəlilərimizin olduğunu nəzərə alsaq, yaxşı oynadıq. Rəqibə çətinlik yaşatdıq. Hesabı bilməyən adam bizim qalib gəldiyimizi düşünərdi. 90 dəqiqə yaxşı oyun göstərməyimizdən razı qaldım. Sadəcə, nəticə ədalətsiz oldu. Yaxşı qol imkanları yaratsaq da, istifadə edə bilmədik. Futbolçularıma dedim ki, başınızı dik tutun.
Təbii ki, bütün məsuliyyət mənimdir. Qrupda sonuncu olduğumuz üçün mən günahkaram. Səbrli olmaq lazımdır. Bu cür işləri birdən-birə görmək olmaz. Proses yavaş-yavaş gedir. Gənc futbolçularımız inkişaf etməlidir. Albaniya milli komandası ilə başlayanda da vəziyyət belə idi. Sadəcə, orada futbolçuların çoxu ölkə xaricində çıxış edirdi. Millidə nəticələr yaxşılaşdıqca, oyunçular daha yaxşı klublara keçdilər. Addım-addım irəliləməliyik. Bir neçə futbolçumuzun ölkə xaricinə getməsi bizə xeyirdir. Çempionatda 8 komanda var, onların isə yarısı legionerdir. Uduzmağa nifrət edirəm. Serbiyada bizi ağır matçın gözlədiyini bilirik. Amma oraya yaxşı nəticə üçün gedəcəyik".

Digər xəbərlər