Azərbaycan yığmasının acı məğlubiyyəti - Video

Azərbaycan yığmasının acı məğlubiyyəti - Video
Futbol, Video
09 Oktyabr 2021 - 21:54
Supersport.Az xəbər verir ki, bu gün A qrupunun autsayderi Azərbaycan milli komandası DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununda İrlandiya yığmasıyla qüvvəsini sınayıb.


Qrupda qələbəyə həsrət qalan Canni de Byazinin başçılıq etdiyi kollektiv yenə məğlub olub. Bakı Olimpiya Stadionundakı görüşə qədər 5 oyunda 1 xal toplayan milli son sıranı tərk etmək üçün də mütləq qalib gəlməli idi. Lakin seçmə komandamız yenə uduzub.


Yığmamızın yer aldığı A qrupunda bu gün Lüksemburq – Serbiya matçı da keçiriləcək.


DÇ-2022-nin seçmə mərhələsi


VII tur



A qrupu

20:00. Azərbaycan - İrlandiya 0:3

Qollar: Kallum Robinson, 7, 39, Çidoze Oqbene, 90


Hakimlər: Espen Eskas, Kim Tomas Haqlund, Oystein İtterland, Kay Erik Stin (Norveç)

Bakı Olimpiya Stadionu.

Xal durumu: Portuqaliya - 13 (5 oyuna), Serbiya - 11 (5), Lüksemburq - 6 (4), İrlandiya - 2 (5), Azərbaycan - 1 (5)


Digər xəbərlər