33 yaşlı dünya çempionumuz Azərbaycan, Türkiyə bayraqlarına sarıldı

33 yaşlı dünya çempionumuz Azərbaycan, Türkiyə bayraqlarına sarıldı
Digər, Güləş
08 Oktyabr 2021 - 22:35
Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Norveçin paytaxtı Oslodakı dünya çempionatında ən güclü olduğunu nümayiş etdirib.

Supersport.Az xəbər verir ki, 82 kq çəki dərəcəsində təmsilçimiz əvvəlcə Estoniya güləşçisini vaxtından əvvəl məğlub edib. Qırğızıstan idmançısı da təcrübəli pəhləvanımız qarşısında tab gətirməyib. İsveçli dünya ikincisi və Avropa üçüncüsü Aleks Kessidislə görüş dramatik alınıb. Rafiq ilk hissəni 0:6 hesabıyla başa vurub. İkinci yarıda əsl əzmkarlıq nümayiş etdirən Hüseynov güclü rəqibinə minimal fərqlə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Finalın bir addımlığında Rusiya pəhləvanıyla gərgin keçən görüşdən də üzüağ çıxan Rafiq ardıcıl 2-ci dəfə dünya çempionatının finalına yüksəlib. 33 yaşlı Rafiq Hüseynov finalda türkiyəli Burhan Akbudakla qüvvəsini sınayıb.

Rəqibinə 2:1 hesabı ilə qalib gələn Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçımız karyerasında ilk dəfə dünya çempionu olub.

Türkiyənin "Sabah" qəzeti Azərbaycan idmançısının alqışa layiq addım atdığını qabardıb:

"Huseynov, zəfərinin ardından Türk məsləkdaşına səmimi təsəlli verib qələbəsini Türkiyə, Azərbaycan bayraqlarıyla qeyd etdi". 

Digər güləşçimiz Sənan Süleymanov 77 kq-da qızıl medal uğrunda qarşılaşmada rusiyalı Roman Vlasovla üz-üzə gəlib. Görüşdən 1:2 hesabı ilə məğlub ayrılan Süleymanov fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Norveçin paytaxtı Oslodakı dünya çempionatında bürünc medal görüşünə çıxıb.

55 kq çəki dərəcəsində mübarizə aparan idmançı türkiyəli Ekrem Öztürklə qarşılaşıb.

Rəqibinə 5:2 hesabı ilə qalib gələn Əzizli dünya 3-sü olub.

55 kq

1/8 final: Eldəniz Əzizli - Koriun Sahradian (Ukrayna) 6:0
1/4 final: Eldəniz Əzizli - Sardarbek Konuşbayev (Qırğızıstan) 10:1
1/2 final: Eldəniz Əzizli - Ken Matsui (Yaponiya) 1:10
Bürünc medal görüşü: Eldəniz Əzizli - Ekrem Öztürk (Türkiyə) 5:2

77 kq

1/16 final: Sənan Süleymanov - Kayratbek Tuqolbayev (Qırğızıstan) 9:0
1/8 final: Sənan Süleymanov - Daler Rzazadə (Tacikistan) 9:0
1/4 final: Sənan Süleymanov - Roland Şvarts (Almaniya) 10:2
1/2 final: Sənan Süleymanov - Timur Berdiyev (Belarus) 5:4
Final: Sənan Süleymanov - Roman Vlasov (Rusiya) 1:2

82 kq

1/16 final: Rafiq Hüseynov - Ranet Kaljola (Estoniya) 9:0
1/8 final: Rafiq Hüseynov - Kalidin Asikayev (Qırğızıstan) 11:1
1/4 final: Rafiq Hüseynov - Aleks Kessidis (İsveç) 7:6
1/2 final: Rafiq Hüseynov - Adlan Akiyev (Rusiya) 2:1
Final: Rafiq Hüseynov - Burhan Akbudak (Türkiyə) 2:1

 

 

Digər xəbərlər