Əvvəl gümüş, sonra bürünc medal

Əvvəl gümüş, sonra bürünc medal
Digər, Cüdo
08 Oktyabr 2021 - 20:41
Supersport.Az-ın məlumatına görə, İtaliyanın Olbia şəhərində gənc cüdoçular arasında keçirilən dünya çempionatında təmsilçilərimizdən daha biri mükafat qazanıb.


Yarışın üçüncü günündə 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Elcan Hacıyev özbəkistanlı Nurbek Murtozoyev, daha sonra braziliyalı Markos Santosu və italiyalı Nosa Brıght Maddalonı məğlub edərək yarımfinala yüksəlib. Lakin o, finalın bir addımlığında Rusiya təmsilçisi ilə bacarmayıb. Cüdoçumuz üçüncü yer uğrunda qarşılaşmada Qazaxıstan təmsilçisi Ayan Bayqazi ilə üz-üzə gəlib. Rəqibinə ipponla qalib gələn Elcan Hacıyev mötəbər yarışın bürünc medalına sahib olub.
Qeyd edək ki, turnirin birinci günündə digər cüdoçumuz Turan Bayramov (60 kq) gümüş medal qazanıb.
Oktyabrın 10-dək davam edəcək yarışda 73 ölkədən 500-dən çox cüdoçu mübarizə aparır.

Digər xəbərlər