"Allaha minnətdaram" - "Qarabağ"ın qəhrəmanı

"Allaha minnətdaram" - "Qarabağ"ın qəhrəmanı
Futbol
02 Oktyabr 2021 - 19:59
"Qarabağ"ın futbolçusu Kadi Borges instaqram hesabında Konfrans Liqasında "Omoniya"ya 4:1 hesabı ilə qalib gəldikləri oyunla bağlı fikirlərini paylaşıb.

Supersport.Az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi 2 qol vurduğu matçla bağlı bunu qeyd edib:

"Həyatımda baş verənlərə görə Allaha minnətdaram. Bu hissləri sözlə ifadə etmək mümkün deyil. Belə anlar mənim qəlbimə həkk olunur. Çox gözəl komanda, işçilər və ailəmiz var".

Digər xəbərlər