Mahir Emrelidən düşmənlərin təxribatına reaksiya - "Legiya"dan ruslardan UEFA-ya şikayət - Video

Mahir Emrelidən düşmənlərin təxribatına reaksiya - "Legiya"dan ruslardan UEFA-ya şikayət - Video
Futbol, Eksklüziv, Video
04 Oktyabr 2021 - 16:37
Supersport.Az, Avropa Liqasının qrup mərhələsinin ilk turunda Moskvada "Spartak"ı məğlub edən "Legiya"nın azərbaycanlı futbolçusu Mahir Emrelidən düşmənlərin təxribatıyla bağlı açıqlama alıb.


Matçdan sonra Rusiya mətbuatında erməni oyunçu kimi təqdim olunan 24 yaşlı hücumçumuz, qalmaqalla əlaqədar Polşa klubunun UEFA-ya şikayət etdiyini bildirib:

"Mənim üçün bu hərəkətin təxribat və ya səhv olduğunu demək çətindir. Çalışdım ki, buna fikir verməyim. Çünki mən futbolçuyam, işim meydandadır. Ancaq "Legiya" klubunun mətbuat xidmətnin rəhbəri İzabela Kruk bu məsələylə bağlı UEFA-ya dərhal şikayət məktubu göndərdi ki, bir daha belə hal təkrar olunmasın".

Varşava, Vüsal Şirəliyev

Digər xəbərlər