Ramin Musayevdən derbi açıqlaması

Ramin Musayevdən derbi açıqlaması
Futbol, Eksklüziv
18 Sentyabr 2021 - 10:57
Supersport.Az-a açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev "Neftçi" - "Qarabağ" oyunu haqda danışıb.

Qurum rəhbəri, oyundan razı qaldığını bildirib.

"Çox maraqlı oyun oldu. İstər "Neftçi", istər "Qarabağ" azarkeşləri qarşılaşmadan razı qaldı. Hər iki komanda baxımlı oyun nümayiş etdirdi. "Qarabağ" qələbəyə layiq idi. "Neftçi" futbolçularının da əməyini itirmək olmaz. Alqışa layiq oyun göstərdilər. Bir sözlə, dincəldik. Üç tur arxada qalsa da, müsbət fikirdəyəm. Adətən 6-7 tura əsasən komandaların durumuna qiymət vermək olur. İndidən bütün klubların hazır oluğunu söyləmək olar. Baxmayaraq ki, xal qazana bilməyən komanda da var. Bu, müvəqqətidir. Hesab edirəm ki, bu mövsüm çempionat ötən ilkindən daha maraqlı olacaq".

 

 

Digər xəbərlər