"Allah "Qarabağ"ı qalib etsin" - Ramin Musayev - Video

"Allah "Qarabağ"ı qalib etsin" - Ramin Musayev - Video
Futbol, Video
15 Sentyabr 2021 - 09:33
Supersport.Az-a açıqlamasında PFL prezidenti Ramin Musayev 8-ci dəfə avrokubokların qrup mərhələsində mübarizə aparacaq "Qarabağ" haqda danışıb.

Qurum rəhbəri, baş məşqçi Qurban Qurbanovla sıx əlaqədə olduğunu deyib:

"Komandanın hazırlığıyla bağlı məlumatım var ki, böyük həvəslə çalışırlar. Allah qalib eləsin. Həm klub rəhbərliyini, həm də Qurban Qurbanovu. Sözsüz ki, hamımız komandanın qrup səddini keçməsini də arzulayırıq. Ancaq futbolda əvvəlcədən proqnoz vermək olmur. Bir onu deyə bilərəm, Qurban müəllim çalışır ki, bu il komandası tam fərqli futbol oynasın. Hətta o, bəzən evdə ailəsinə vaxt ayıra bilmir. Bütün fikri komandadadır ki, bu il azarkeşləri sevindirsin".

Konfrans Liqasının qrupunda "Qarabağ"ın rəqibləri "Bazel", "Kayrat" və "Omoniya"dır.

PFL prezidenti, "Qarabağ"ın uşaq futboluna münasibət bildirib:

"Saytınız vasitəsilə Qurban müəllimdən uşaq futboluna bir az nəzarət eləməyi istəyirəm. "Qarabağ" rəhbərliyi inciməsin, orda bu sahə zəifləyib. Bilirəm ki, Qurban müəllimin vaxtı azdır. Ancaq bir az diqqət ayırsa, yaxşı olar. Çünki uşaq futbolu əsas komandanın bünövrəsidir. Bu, zəif olanda binanı ucaltmağın xeyri yoxdur".


 

Digər xəbərlər