"Neftçi"də istefa: Maşallah Əhmədov prezident seçildi

"Neftçi"də istefa: Maşallah Əhmədov prezident seçildi
Futbol
11 Sentyabr 2021 - 15:23
Supersport.Az-ın əldə etdiyi məlumata görə, "Neftçi" Veteranlar Futbol Klubunun rəhbərliyi dəyişib.

Uzun müddət qurumda prezident olan Səməd Qurbanov vəzifədən ayrılıb, əvəzinə Maşallah Əhmədov seçilib. S.Qurbanov işinin çoxluğunu əsas gətirərək, postdan gedib. O, hazırda "Neftçi"nin Müşahidə Şurasının üzvüdür.

Qurumun vitse-prezidentləri postuna Novruz Əzimov, Əsgər Abdullayev və Tərlan Əhmədov gəlib.

 

 

 

Digər xəbərlər