"Qarabağ"la "Neftçi"nin 84-cü dueli

"Qarabağ"la "Neftçi"nin 84-cü dueli
Futbol
09 Sentyabr 2021 - 20:36
Azərbaycan Premyer Liqasının 3-cü turunda “Qarabağ” səfərdə “Neftçi” ilə qarşılaşacaq.

Supersport.Az xəbər verir ki, bu, komandaların çempionatda 84-cü oyunu olacaq.

Buna qədər 30 dəfə “Qarabağ”, 23 dəfə “Neftçi” qalib gəlib. Komandalar 30 oyunda isə meydanı bərabərliklə tərk edib.

Qələbə sayında olduğu kimi, top fərqində də “Qarabağ”ın üstünlüyü var - 92-76.

Qeyd edək ki, sentyabrın 12-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” matçı saat 20:30-da başlayacaq.

Digər xəbərlər