Millimizin baş məşqçisi Canni de Byazi söymək istədi - Video

Millimizin baş məşqçisi Canni de Byazi söymək istədi - Video
Futbol, Eksklüziv, Video
08 Sentyabr 2021 - 22:18
Lüksemburqla oyundan sonra sosial şəbəkələrdə Azərbaycan yığmasının heyətini qurmaqda baş məşqçi Canni de Byazinin işinə müdaxilə edildiyi, çalışdırıcının "Sumqayıt"ın oyunçuları milliyə gətirməkdə sifarişlə işləməkdə haqda xəbər yayıldı.

Supersport.Az-ın məlumatına görə, italiyalı mütəxəssis portuqaliyalılara məğlubiyyətin ardından bu barədə sualı hirsli cavablandırıb.

"Özüm heç vaxt sosial şəbəkəyə baxmıram. Sizə də məsləhət görərdim ki, ora baxmaqla vaxtınızı boş yerə keçirməyin. Mənə heç kim deyə bilməz ki, onu oynat, bunu oynatma. İndiyə qədər çalışdığım yerlərdə heç vaxt belə şey olmayıb, ola da bilməz. Öz düşüncəm var, buna uyğun iş görürəm. Bunu söyüşlə ifadə etmək istərdim, amma qalsın".

Digər xəbərlər