”Bakıda məğlubiyyəti düşünmürük” - Video

”Bakıda məğlubiyyəti düşünmürük” - Video
Futbol, Video
06 Sentyabr 2021 - 17:39

Supersport.Az dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının qonağı olacaq Portuqaliya millisinin baş məşqçisi Fernando Santuşun fikirlərini videogörüntüyə alıb.


Mütəxəssis rəqibi müsbət qiymətləndirib.


“Azərbaycan yığmasının güclü baş məşqçisi var. Fikrimiz, oyunda olacaq, nəinki rəqibin tək-tək oyunçularında. Azərbaycanın futbolçularını tək-tək təhlil etməmişik.

Azərbaycan yığması müdafiədə yaxşı oynayır. Amma yarımmüdafiə xəttində də güclüdürlər. Çalışacağıq yaxşı təşkilatlanmış komanda kimi oynayaq. Rəqib bəzi hallarda 6 nəfərlə topun arxasında oynayır, bəzən isə əksinə. Biz bütün bu hallara hazırıq”.
Təcrübəli mütəxəssis yalnız qələbə haqqında düşündüklərini söyləyib:


"Qrupda mübarizə son turadək davam edəcək. Xal itirsək, qrupdan çıxmağı necə düşünə bilərik? Bakıda məğlub olmaq barədə fikirləşmirik. Qarşıda finala bərabər 4 oyunumuz var. Serbiya ilə noyabrın 14-dəki görüş həlledici olacaq".


Santuş ehtiyatlı oynayacaqlarını deyib:


"Meydanda dinamik olmalıyıq. De Byazi Avropa çempionatına çıxardığı Albaniya millisinin sükanı arxasında heç vaxt böyük hesabla uduzmayıb. Ümid edirəm ki, bu dəfə hər şey fərqli olacaq. Azərbaycan millisi asan komanda deyil. İlk matçda bizə necə çətinlik yaratdıqlarını gördük. Rəqibə imkan verməsək, qələbə qazana bilərik".


Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Portuqaliya matçı saat 20:00-da başlanacaq.

Digər xəbərlər