"Qarabağ"ın məğlub etdiyi "Aberdin"in azarkeşi öldü

"Qarabağ"ın məğlub etdiyi "Aberdin"in azarkeşi öldü
Futbol
02 Sentyabr 2021 - 22:07
UEFA Konfrans Liqasının pley-off mərhələsində Şotlandiyada keçirilən "Aberdin" -  "Qarabağ" oyunu zamanı yıxılan yerli komandanın azarkeşi Uotson Smit dünyasını dəyişib.

Supersport.Az Şotlandiya mediasına istinadən xəbər verir ki, 71 yaşlı fanat müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, "Qarabağ" "Aberdin"lə səfər matçında 3:1 hesabı ilə qalib gələrək qrup mərhələsinə yüksəlib.

Digər xəbərlər