Millimizin baş məşqçisi çatışmazlıqları etiraf etdi

Millimizin baş məşqçisi çatışmazlıqları etiraf etdi
Futbol
02 Sentyabr 2021 - 01:41
"Birinci hissədə oyunumuz alınmadı, imkanlarımızdan aşağı çıxış etdik. Nəticədə fərdi səhvlərdən 2 qol buraxdıq. Fasilədə 3 dəyişikliyə əl atdıq. Bundan sonra yaxşı imkanlarımız oldu. Amma uşaqlar ilk dəqiqələrdən daha istəkli olmalı idilər".

Supersport.Az xəbər verir ki, bu fikri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Lüksemburqa 1:2 hesabı ilə uduzduqları dünya çempionatının seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

65 yaşlı mütəxəssis bildirib ki, start heyəti ilə bağlı suala cavab vermək çox çətindir: "Müdafiədən hücuma keçməkdə çətinlik çəkirdik. Amma ikinci yarıda yaxşı qol imkanlarımız oldu. Təəssüf ki, istifadə edə bilmədik".

Digər xəbərlər