Mahir Emreli: "Millimiz üç oyunda azarkeşlərimizi sevindirə bilər" - Video

Mahir Emreli: "Millimiz üç oyunda azarkeşlərimizi sevindirə bilər" - Video
Futbol, Eksklüziv, Video
30 Avqust 2021 - 17:29
Supersport.Az-ın Avropa təmsilçisi, Polşanın "Legiya" klubunu Avroliqanın qrupuna daşıyan milllimizin hücumçusu Mahir Emrelidən yığmamız haqda açıqlama alıb.


"Milli komandanın futbolçusu olmaq fərqli qürurdur. Hər oyunçu bunu istəyir. Millimizi üç ağır oyun gözləyir: Lüksemburq, İrlandiya, Portuqaliya yığmalarıyla. Hər üç rəqib çox yaxşı komandadır. Portuqaliya seçməsi hər zaman olduğu kimi favoritdir. Ancaq müasir futbolda hər şey mümkündür. Ümid edirəm ki, üç qarşılaşmada yaxşı oynayıb müsbət nəticələrlə azarkeşlərimizi sevindirə biləcəyik".

Qeyd edək ki, sentyabrın 1-də Lüksemburqun qonağı olacaq Azərbaycan millisi 3 gün sonra İrlandiyaya səfər edəcək, sentyabrın 7-də isə Bakıda Portuqaliya seçməsi ilə qarşılaşacaq.

Vüsal Şirəliyev, Varşava

Digər xəbərlər