"Qarabağ"ın rəqibində xal itkisi - Video

"Qarabağ"ın rəqibində xal itkisi - Video
Futbol, Video
30 Avqust 2021 - 08:16



Futbol üzrə İsveçrə çempionatında 5-ci turun oyunları keçirilib.

Supersport.Az xəbər verir ki, Avropa Konfrans Liqasında "Qarabağ"ın rəqiblərindən olan "Bazel" də növbəti matçına çıxıb.

Bazel klubu doğma meydanda "Yanq Boyz"la qarşılaşıb. "Qarabağ"ın rəqibi bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

"Bazel" 5 turdan sonra 11 xalla 10 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ"ın "Bazel"lə ilk oyunu sentyabrın 16-da Bakıda, ikinci qarşılaşması isə dekabrın 9-da səfərdə baş tutacaq.






Digər xəbərlər