Mahir Emreli: "Sevincimi bölüşə, danışa bilmirəm"

Mahir Emreli: "Sevincimi bölüşə, danışa bilmirəm"
Futbol
27 Avqust 2021 - 02:25
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının pley-off mərhələsində "Slaviya"nı mübarizədən kənarlşdıraraq qrupa düşən "Legiya"nın hücumçusu Mahir Emreli açıqlama verib.

"İndi sevincimi bölüşə, normal danışa bilmirəm. Oyun çox emosional oldu. Mən əvvəlcə Çempionlar Liqası, Avropa Liqasının qrupunda oynamışam. Ancaq bunu xüsusi qeyd edərdim. Biz qol fürsətlərimizdən istifadə etdik. Futbol komanda oyunudur. Kollektiv mübarizə hesabına Avroliqanın qrupuna vəsiqə qazandığımız üçün xoşbəxtik. Əgər bir-birimizə dəstək olmasaydıq mən 2 qol vurmazdım. Bəli, daha çətin rəqiblərə oynamağa öyrəşmişik. Ən yaxşı komandalarla qarşılaşmaq istəyirik. Çox böyük təcrübə topladıq. Ancaq kiminlə oynayacağımızı heç düşünmürəm. Bu, vacib deyil".

Digər xəbərlər