“Qarabağ” “Aberdin”ə də məğlubiyyət yaşatdı

“Qarabağ” “Aberdin”ə də məğlubiyyət yaşatdı
Futbol
19 Avqust 2021 - 21:04
Supersport.Az-ın məlumatına görə, “Qarabağ” bu gün futbol üzrə Avropa Konfrans Liqasında pley-off mərhələsi çərçivəsində Şotlandiyanın “Aberdin” komandası ilə qarşılaşıb.


İlk matç Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Cari mövsümdə məğlub olmayan Azərbaycan klubu uğurlu seriyanı böyük britaniyalılarla dueldə də davam etdirməyə çalışıb və istəyinə çatıb.


Bu kollektivlərin cavab görüşü avqustun 26-da Şotlandiyada keçiriləcək.


Avropa Konfrans Liqası. Pley-offun ilk oyunu


19 avqust





“Qarabağ” – “Aberdin” 1:0
Qol: X.Romero, 30.
Baş hakim: Rade Obrenoviç (Sloveniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Patrik Andrade, 10. Abdullah Zubir, 11. Xayme Romero, 20. Kadi Malinovski, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 17. Panadero Zamora, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç.
Baş məşqçi: Qurban Qurbanov.

Aberdin: 1. Co Lyuis, 2. Ross Makkrori, 3. Cek Makkenzi, 4. Endryu Konsidayn, 5. Deklan Qallaxer, 8. Skott Braun (k), 9. Kristian Ramires, 14. Cey Emmanuel-Tomas, 16. Funso Oyo, 19. Luis Ferqyusson, 22. Kalvin Remzi.
Ehtiyat oyunçular: 25. Qari Vuds, 30. Tom Ritçi, 10. Nayal Makqinn, 15. Dilan Makqiox, 17. Conni Heyz, 18. Konnor Maklennan, 20. Teddi Cenks, 21. Cek Qurr, 24. Din Kempbell, 31. Kiran Nvenya, 35. Meyson Henkok.
Baş məşqçi: Stiven Qlass.




Digər xəbərlər