"Qarabağ" pley-off-da

"Qarabağ" pley-off-da
Futbol
12 Avqust 2021 - 21:57
Supersport.Az-ın məlumatına görə, “Qarabağ” bu gün Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda AEL-i sınağa çəkib.


Qurban Qurbanovun çalışdırdığı komanda səfərdə baş tutan ilk oyundan 1:1 hesablı heç-heçə ilə ayrılmışdı. Azərbaycan klubu pley-offa çıxmaq üçün mütləq qələbə qazanmalı idi. Ağdam klubu qalib gəlib.


"Qarabağ" pley-offda böyük ehtimalla "Aberdin"lə (Şotlandiya) qarşılaşacaq.


Avropa Konfrans Liqası


3-cü təsnifat mərhələsinin cavab oyunu


12 avqust


20:00. “Qarabağ” (Azərbaycan) – AEL (Kipr) 1-0 


Qol: Kadi Malinovski 87


Baş hakim: Kristo Tohver (Estoniya).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

İlk oyun – 1:1.


Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Patrik Andrade, 10. Abdullah Zubir, 11. Xayme Romero, 19. Filip Ozobiç, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 81. Kevin Medina
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 17. Panadero Samora, 18. İsmayıl İbrahimli, 20. Kadi Malinovski, 22. Musa Qurbanlı, 28. Hüseyn Hüseynzadə, 29. Marko Veşoviç, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.
AEL: 1. Vozinya, 4. Andre Teyşeyra, 6. Slobodan Medoyeviç, 8. Davor Zdravkovski, 12. Stefan Sçepoviç, 13. Bruno Santos, 16. Manuel Torres, 17. Euller, 20. Sito Riera, 27. Robert Mazan, 44. Kire Ristevski.
Ehtiyat oyunçular: 30. Antreas Keravnos, 98. Panayotis Kiriaku, 5. Tiyn Daverveld, 10. Franko Mazurek, 11. Alastair Reynolds, 15. Stilianos Panteli, 23. Vasilios Papafotis, 28. Kostas Soteriu, 50. Andriya Maydevaç, 73. Brian Pele, 77. Matko Babiç.
Baş məşqçi: Duşan Kerkez.

Digər xəbərlər