“Qarabağ” əvvəl, AEL sonra

“Qarabağ” əvvəl, AEL sonra
Futbol
09 Avqust 2021 - 13:35
UEFA Avropa Konfrans Liqasının 3-cü mərhələsinin “Qarabağ” – AEL matçından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı məlum olub.

Supersport.Az xəbər verir ki, əvvəlcə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov media nümayəndələri ilə görüşəcək. Qurbanovun mətbuat konfransı avqustun 11-də, saat 18:00-da olacaq. Yarım saat sonra isə “Qarabağ”ın “Azersun Arena”da açıq məşqi baş tutacaq.

AEL-in baş məşqçisi Duşan Kerkesin mətbuat konfransı isə həmin gün saat 19:30-da Respublika stadionunda olacaq. Kipr təmsilçisi saat 20:00-da məşq edəcək.

Avqustun 12-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – AEL matçı saat 20:00-da başlayacaq. Komandalar arasında Kiprdə baş tutan matç 1:1 hesablı heç-heçə ilə bitib.

Digər xəbərlər