“Neftçi”nin rəqibindən qələbə

“Neftçi”nin rəqibindən qələbə
Futbol
09 Avqust 2021 - 11:15



Finlandiya Premyer Liqasında 15-ci turun oyunları keçirilib.

Supersport.Az xəbər verir ki, Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan HİK səfərdə KTP ilə qarşılaşıb və qalib gəlib - 1:0.

Helsinki təmsilçisi bu qələbədən sonra 38 xalla 12 komanda arasında 1-ci qərarlaşıb.

"Neftçi” ilə HİK arasında Bakıda keçirilmiş ilk oyunda qalib müəyyənləşməyib – 2:2. Avqustun 12-də “Bolt Arena”da keçiriləcək cavab oyununa Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

 


Digər xəbərlər