Mariya Stadnikdən tarixi rekord

Mariya Stadnikdən tarixi rekord
Digər, Güləş
07 Avqust 2021 - 18:30
Azərbaycanın qadın güləşisi Mariya Stadnik tarixi nəticəyə imza atıb.

Supersport.Az xəbər verir ki, 33 yaşlı idmançımız buna Tokio-2020-də bürünc medal qazanmaqla nail olub. Beləliklə, Stadnik karyerası ərzində 4-cü dəfə Olimpiya medalı əldə edib. Nəticədə Mariya Azərbaycan idmanı tarixində ən çox Olimpiya medalı qazanan şəxs olub.

Stadnik daha əvvəl Pekin-2018-də bürünc, London-2012 və Rio-2016-da isə gümüş medal əldə edib.

Digər xəbərlər