Qurban Qurbanov Rəşad Sadıqovla oynadı - Şəkil

Qurban Qurbanov Rəşad Sadıqovla oynadı - Şəkil
Futbol, Foto
07 Avqust 2021 - 14:41
"Qarabağ" FK-nın məşqçilər korpusu ilə milli komandanın veteran futbolçuları arasında "Qarabağ Azərbaycandır!" yoldaşlıq oyunu keçirilib.

Supersport.Az xəbər verir ki, qarşılaşma milli komandanın 7:3 hesablı qələbəsi ilə yekunlaşıb. “Qarabağ"ın heyətində Elçin Rəhmanov Çudomir Çakarov, Zaur Tağızadə, milli komandanın heyətində isə  Mahmud Qurbanov (3 qol), Tərlan Əhmədov (2 qol),  Oqtay Abdullayev, Zaur Ramazanov fərqləniblər.

Ağdam klubunun heyətində qapıçı Elxan Həsənov, sahə oyunçuları Qurban Qurbanov, Elçin Rəhmanov, Zaur Tağızadə, Mario Mitov, Çudomir Çakarov Müşviq Hüseynov, Yanoş Vasilyev və Elşən Həsənov yer alıb. Yığmada isə Fərhad Vəliyev, Oqtay Abdullayev, Rəşad Sadıqov, Mahmud Qurbanov, Tərlan Əhmədov, Zaur Ramazanov, Samir Əliyev və Musa Qurbanov mübarizə aparıb.













Digər xəbərlər