Avropa Liqası: "Neftçi"- HİK oyununda 4 qol

Avropa Liqası: "Neftçi"- HİK oyununda 4 qol
Futbol
03 Avqust 2021 - 22:49
Azərbaycan çempionu “Neftçi” bu gün Avropa Liqasında mübarizəyə başlayıb.

Supersport.Az xəbər verir ki, paytaxt klubu turnirin 3-cü təsnifat mərhələsi çərçivəsində HJK ilə ilk matçına çıxıb.

Finlandiyalılarla ilk görüş Bakıda olub. Oyunda 4 qol vurulub, qalib müəyyənləşməyib.

Xatırladaq ki, “Nefti” ÇL-in ilk mərhələsində Tiflis “Dinamo”sundan (Gürcüstan) üstün olsa da, sonrakı mərhələdə Yunanıstan “Olimpiakos”u ilə bacarmamışdı. HJK isə startda “Buduçnost” üzərində qələbə qazandığı halda, növbəti mərhələdə İsveç “Malmö”sünə uduzub.

Rəqiblər bir həftə sonra Helsinkidə görüşəcəklər.

Avropa Liqası

3-cü təsnifat mərhələsinin ilk oyunu

3 avqust

21:00. Neftçi – HJK 2:2

Qollar: Sabir Buqrin, 59. Emin Mahmudov, 80 - Roope Riski, 61. Jair, 65.

Baş hakim: Uilyam Kollum (Şotlandiya).

Bakı. “Bakcell Arena”.

Digər xəbərlər