Türkiyədən ilk qızıl medal

Türkiyədən ilk qızıl medal
Olimpiya, Digər, Tokio-2020, Kamandan oxatma
31 İyul 2021 - 12:11
Türkiyə Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb.

Supersport.Az xəbər verir ki, Mete Qazoz kamandan oxatma üzrə kişilərin fərdi yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İdmançı finalda İtaliya təmsilçisi Mauro Nespolini məğlub edib.

Mete, bu idman növündə ölkəsinə ilk olimpiya qızılını qazandıran idmançı kimi tarixə düşüb.

Qeyd edək ki, Türkiyə olimpiadada 3 medalla (1 qızıl, 2 bürünc) hələlik 32-ci pillədə qərarlaşıb.

Digər xəbərlər