Azərbaycanlıyla erməni eyni oyunda

Azərbaycanlıyla erməni eyni oyunda
Futbol
26 İyul 2021 - 16:37
Azərbaycanlı FİFA hakim-inspektoru Asim Xudiyev növbəti təyinat alıb.

Supersport.Az xəbər verir ki, o, Konfrans Liqasının  2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Torpedo-BelAz" (Belarus) - "Kopenhagen" (Danimarka) matçının hakim-inspektoru olacaq.

Maraqlıdır ki, qarşılaşmanın UEFA nümayəndəsi ermənistanlı Armen Minasyan olacaq.

Qeyd edək ki, komandalar arasında ilk oyun "Kopenhagen"in 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Digər xəbərlər