Tokio-2020: Azərbaycan paraddan keçdi

Tokio-2020: Azərbaycan paraddan keçdi
Olimpiya, Digər, Tokio-2020
23 İyul 2021 - 15:45
Azərbaycan nümayəndə heyəti Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimindəki paraddan keçib.

Supersport.Az xəbər verir ki, tədbirdə 27 nəfərlik heyət iştirak edib.

Onların arasında idmançılarla yanaşı, Azərbaycan yığmasının şef de-missionu Fərid Mansurov da yer alıb.

Azərbaycan bayrağını cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova daşıyıb.

Qeyd edək ki, Tokio-2020-nin bağlanış mərasimi avqustun 8-də olacaq.

Digər xəbərlər