Mahir Çempionlar Liqasında öndə

Mahir Çempionlar Liqasında öndə
Futbol
22 İyul 2021 - 16:36
Çempionlar Liqasının yeni mövsümündə keçirilən 3 matçdan sonra ən yaxşı statistik göstəriciləri olan futbolçuların adları açıqlanıb.

Supersport.Az xəbər verir ki, 1-ci yerdə "Buduçnost"un (Monteneqro) futbolçusu Miloş Raiçkoviçdir. O, bu oyunlarda rəqib qapısına toplam 6 dəqiq zərbə vurub.

Azərbaycan millisinin üzvü, "Legiya"da (Polşa, Varşava) çıxış edən Mahir Emreli 2-ci yerdədir. O, 5 dəfə çərçivəyə dəqiq zərbə vurub. Bunlardan 2-si qolla nəticələnib. Mahirin zərbələrindən yalnız 1-i qapıya tərəf getməyib.

"3-lüy"u "Neftçi"nin futbolçusu Sabir Buqrin bağlayır. 25 yaşlı yarımmüdafiəçi qapıya 4 dəqiq zərbə vurub. O, 4 dəfə isə çərçivəyə düşə bilməyib.

Qeyd edək ki, "Neftçi" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Olimpiakos"a səfərdə 0:1 hesabı ilə uduzub. Komandalar arasında cavab qarşılaşması iyulun 28-i Bakıda olacaq. "Legiya" isə "Flora" ilə ilk oyunda evdə 2:1 hesablı qələbə qazanıb.

Digər xəbərlər