"Sumqayıt"dan Serbiyada sürpriz nəticə

"Sumqayıt"dan Serbiyada sürpriz nəticə
Futbol
21 İyul 2021 - 23:53
Konfrans Liqasında 2-ci təsnifat mərhələsinə start verilib.

Supersport.Az xəbər verir ki, turnirdəki təmsilçilərimizdən "Sumqayıt" ilk dəfə keçirilən bu yarışa Serbiyanın “Çukariçki” klubu ilə oyunla start verib.

Belqradda keçirilən matç Bakı vaxtı ilə saat 22:00-da başlayıb. Bu, Azərbaycan futbol tarixinə yeni yaradılan Konfrans Liqasındakı ilk oyun kimi düşüb. "Sumqayıt" "Çukariçki"ylə heç-heçə edib.

Sabah isə "Qarabağ" və "Keşlə" bu turnirdə mübarizəyə qoşulacaq.

21 iyul

Konfrans Liqası

2-ci təsnifat mərhələsinin ilk oyunu

22:00. “Çukariçki” (Serbiya) – “Sumqayıt” (Azərbaycan) - 0:0
Baş hakim
: Urs Şnider (İsveçrə)
Belqrad. “Çukariçki” stadionu

Digər xəbərlər