“Qarabağ”ın növbəti rəqibi müəyyənləşdi

“Qarabağ”ın növbəti rəqibi müəyyənləşdi
Futbol
19 İyul 2021 - 16:15
Supersport.Az-ın məlumatına görə, bu gün UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən qərargahında Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

Azərbaycan təmsilçiləri "Qarabağ", "Sumqayıt" və "Keşlə"nin də potensial rəqibləri məlum olub.

İkinci mərhələdə İsrailin "Aşdod" klubunu keçsə Ağdam təmsilçisi üçüncü raundda AEL (Kipr) – “Vlajnia” (Albaniya) cütünün qalibiylə qarşılaşacaq.

"Çukariçki" (Serbiya) ilə qarşılaşacaq "Sumqayıt" güclü tərəf olsa, növbəti mərhələdə “Hammarbü” (İsveç) – “Maribor” (Sloveniya) cütünün qalibi ilə üzləşəcək.

İkinci raundda "Soçi"nin (Rusiya) rəqibi olan "Keşlə" isə mərhələ adlasa, “Partizan” (Serbiya) – “Dunayska Ştreda” (Slovakiya) cütünün qalibi ilə görüşəcək.

Qeyd edək ki, 3-cü təsnifat mərhələsinin oyunları 5-12 avqustda keçiriləcək.

 

Digər xəbərlər