Mahir Emreli vacib qol vurdu, penaltini qaçırdı

Mahir Emreli vacib qol vurdu, penaltini qaçırdı
Futbol
18 İyul 2021 - 00:12
Polşada Super Kubok matçı keçirilib.

Supersport.Az xəbər verir ki, fəxri mükafat uğrunda "Legiya" və "Rakov" qarşılaşıb.

İlk hissədə geri düşən "Legiya" əsas vaxta artırılan dəqiqələrdə tarazlığı bərpa edib. 90+3-cü dəqiqədə qol vuran Mahir Emreli komandasının həyatını müəyyən müddətə xilas edib.

Bu, Emrelinin 3-cü rəsmi qoludur. Digər 2 qolu isə millimizin üzvü UEFA Çempionlar Liqasında Norveçin "Budo Qlimt" komandasına vurub.

"Legiya" - "Rakov" oyununun əsas vaxtında qalib məlum olmayıb. Penaltilər seriyasında Mahir Emrelinin vurduğu top dirəyə dəyib. "Legiya" "Rakov"a 3:4 hesabıyla məğlub olaraq Superkuboku qazana bilməyib.

Digər xəbərlər