Çempionlar Liqası finalı qardaş ölkədə

Çempionlar Liqası finalı qardaş ölkədə
Futbol
17 İyul 2021 - 19:11
Türkiyənin İstanbul şəhəri 2023-cü ildə UEFA Çempionlar Liqasının finalına ev sahibliyi edəcək.

Supersport.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, 2020/21 mövsümünün final qarşılaşması İstanbulda keçirilməli idi. Lakin Türkiyə koronavirusa yoluxma hallarının artması səbəbilə final matçı Portuda keçirilmişdi.

Digər xəbərlər