“Qarabağ” ispan klubundan futbolçu alır

“Qarabağ” ispan klubundan futbolçu alır
Futbol, Eksklüziv
06 İyul 2021 - 07:19
Supersport.Az-a daxil olan xəbərə görə, Avstriyada hazırlıq keçən “Qarabağ” yaxın günlərdə heyətini gücləndirəcək.



Azərbaycan klubunun Bosniya və Herseqovinadan olan Boyan Letiçi gətirəcəyi bildirilir. 28 yaşlı futbolçu sol cinah müdafiəçisi olsa da, hücuma da qoşulur. Bosniyalı oyunçunun qiyməti 300 min avrodur.

Letiç karyerasında “Jilina”nın heyətində Slovakiya çempionu olub, Çexiyanın “Karvina”, Bosniyanın “Sarayevo”, Serbiyanın “Radniçki”, İspaniyanın ikinci liqasında iştirak edən “Mirandes” klubunun formasını geyinib. Bosniyanın U-21 yığmasında da çıxış edib.

 

Digər xəbərlər