“Sumqayıt” 1-ci liqa klubuna məğlub oldu

“Sumqayıt” 1-ci liqa klubuna məğlub oldu
Futbol
05 İyul 2021 - 20:28
Konfrans Liqasına hazırlıqlarını Türkiyədə davam etdirən “Sumqayıt” bu gün ilk yoxlama oyununu keçirib.

Supersport.Az xəbər verir ki, Ayxan Abbasovun komandası 1-ci liqa təmsilçisi “Keçiörengücü” ilə qarşılaşıb. Qızılcahamam Mərkəzi stadionunda keçirilən görüşdə "Sumqayıt" Türkiyə təmsilçisinə 1:2 hesabı ilə uduzub.

5 iyul


Yoxlama oyunu

17:30 "Keçiörengücü" – "Sumqayıt" - 2:1


Qollar: Djirbil, 28 (1:0), Yünkaş, 45+1 (2:0), Dmitro Nağıyev, 71 (2:1)

Digər xəbərlər