"Neftçi" - "Dinamo" oyununun referiləri

"Neftçi" - "Dinamo" oyununun referiləri
Futbol
05 İyul 2021 - 20:16
"Neftçi"nin Çempionlar Liqasının I təsnifat mərhələsində "Dinamo" (Tbilisi) ilə cavab oyununa hakim təyinatları açıqlanıb.


Supersport.Az xəbər verir ki, matçı Moldova Futbol Federasiyasından olan hakimlər briqadası idarə edəcək. Baş hakim Dumitri Muntean olacaq. Ona yan xətlərdə Vlad Lifçu və Vadim Vikol kömək edəcəklər. Dördüncü hakim funksiyasını Qabriel Tupiçika yerinə yetirəcək.

Qeyd edək ki, "Neftçi" - "Dinamo" qarşılaşması iyulun 14-ü saat 21:00-da 8-ci km stadionunda başlayacaq.

Digər xəbərlər