“Sabah” hazırlıq planını açıqladı

“Sabah” hazırlıq planını açıqladı
Futbol
29 İyun 2021 - 15:59
“Sabah”ın yay hazırlıq planı məlum olub.


Supersport.Az xəbər verir ki, komanda iyulun 1-də Bakıda yığışacaq. Təlim-məşq toplanışının ilk iki həftəsi paytaxtda olacaq.

İyulun 15-də Gürcüstanın Tbilisi şəhərinə yollanacaq “ağ-göylər”, iki həftə bu ölkədə hazırlıq keçəcək.

Bakıda 2, Tbilisidə isə 4 sınaq matçının keçirilməsi nəzərdə tutulub. Komanda iyulun 9-da “Bank Respublika Arena”da “Zirə” ilə yoxlama oyununda qüvvəsini sınayacaq. Digər rəqiblər barədə məlumat veriləcək.

Digər xəbərlər