Avro-2020: 1/8 finalın ilk cütlüyü müəyyənləşdi

Avro-2020: 1/8 finalın ilk cütlüyü müəyyənləşdi
Futbol
21 İyun 2021 - 21:57
Avro-2020-də 1/8 finalın ilk cütlüyü müəyyənləşib.

Supersport.Az xəbər verir ki, bu, C qrupunda keçirilən son turun oyunlarından sonra dəqiqləşib.

Ukrayna üzərindəki 1:0 hesablı qələbə sayəsində qrupunda 2-ci yer tutan Avstriya A qrupunu 1-ci pillədə tamamlayan İtaliya ilə qarşılaşacaq.

Londondakı "Uembli" stadionunda keçiriləcək sözügedən görüş iyunun 26-ı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, ikinci 1/8 final cütlüyü isə bu gecə B qrupundakı Rusiya - Danimarka, Finlandiya - Belçika oyunlarından sonra bilinəcək.  Bu qrupda 2-ci yeri tutan komanda A qrupunun 2-cisi Uelslə qarşılaşacaq.

Digər xəbərlər