“Neftçi” "Olimpiya"nı uda bilmədi

“Neftçi” "Olimpiya"nı uda bilmədi
Futbol
21 İyun 2021 - 21:54
Sloveniyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün ilk yoxlama oyununa çıxıb.

Supersport.Az xəbər verir ki, bu mövsüm ölkəmizi Çempionlar Liqasında təmsil edəcək komanda Sloveniyanın “Olimpiya” klubu ilə qarşılaşıb.

Lyublyana təmsilçisi ilə “Kodeljevo Sport Ljubljana” stadionunda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.

Yoxlama oyunu


20:00. "Olimpiya" (Sloveniya) – "Neftçi" (Azərbaycan) - 1:1


Qollar: Namik Ələskərov, 1 (0:1), Peroviç, 2 (1:1)

Qeyd edək ki, “Neftçi” toplanış çərçivəsində daha iki yoxlama oyunu keçirəcək. “Ağ-qaralar” iyunun 25-də Macarıstanın “Fehervar” komandası ilə üz-üzə gələcək. Sonuncu sınaq matçı isə ayın 29-da Moskva “Spartak”ına qarşı olacaq.

Digər xəbərlər