Azərbaycanlı beynəlxalq federasiyanın prezidenti seçilib

Azərbaycanlı beynəlxalq federasiyanın prezidenti seçilib
Digər
18 İyun 2021 - 15:01
İyunun 15-də Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin Şuşa Bəyannaməsi imzaladığı bir gündə ölkə idmanı adına da qürurverici zəfər yaşanıb.

Supersport.Az-ın məlumatına görə, Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənov Beynəlxalq Universal Döyüş Federasiyasının prezidenti seçilib. Litvanın paytaxtı Vilnüs şəhərində yerləşən qərargahında keçirilən seçkidə Azər Həsənov bu postda təşkilatın sabiq rəhbəri, iki ay öncə vəfat etmiş Sergey Novikovu əvəzləyib.

Beynəlxalq federasiyanın digər rəhbər orqanlarına seçkilər gələn ay keçiriləcək. Azər Həsənov 5 il müdddətinə seçilib və yaxın tarxilərdə o, Gənclər və İdman Nazirliyində mətbuat konfransı keçirəcək.

Digər xəbərlər